UFC-nin ən yaxşı döyüşçüsü Həbib-Konor döyüşünün favoritini açıqladı

22:40 08-02-2020 450

Amerikalı MMA döyüşçüsü Con Cons irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında keçiriləcək revanş döyüşü haqqında fikirlərini bölüşüb.

Bu barədə TMZ Sports məlumat yayıb.

Çempion fikirlərini belə şərh edib:

“Əgər mən bu oyuna pul qoymaq istəsəydim, seçimim əlbəttə ki, Həbib olardı. Yəni, kağız üzərində bütün şanslar onun tərəfindədir. Amma Makqreqorun da şansları qalmaqdadır”.