Ronaldu qol vurdu, komandası uduzdu

02:20 09-02-2020 414

İtaliya çempionatının 23-cü turuna son çempionun oyunu ilə yekun vurulub.

Səfərdə “Verona” ilə görüşən “Yuventus” Kriştianu Ronaldonun qolu ilə hesabda önə keçsə də, üstünlüyünü əldən verib. 

“Qoca Sinyora”nın uduzması bir gün sonra meydana çıxacaq “İnter”ə yüksəlmək imkanı yaradıb. Bunun üçün Milan təmsilçisi turu məğlubiyyətsiz keçməlidir.

Qeyd edək ki, tura fevralın 9-da yekun vurulacaq.