Dağlıq Qarabağda erməni əsgəri öldü

16:00 09-02-2020 993

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Xəbərdə bildirilir ki, Dağlıq Qarabağ ərazisinin cənubunda hərbi hissələrin birində 2001-ci il təvəllüdlü erməni əsgəri Valeriy Petrosyan həlak olub.

Hadisə yerli vaxtla saat 07:45-də baş verib.

Hələlik ölümün səbəbi müəyyən edilməyib.