Hava şəraiti İngiltərəni də iflic etdi

19:40 09-02-2020 429

Bu gün Bakı vaxtı ilə saat 20:30-da keçirilməli olan İngiltərə Premyer Liqasının XXVI turunun “Mançester Siti” – “Vest Hem” oyunu təxirə salınıb.

HerGun.Az Mançester klubunun rəsmi saytına istinadən xəbər verir ki, oyun ekstremal hava şəraitinə görə bu gün keçirilməyəcək.

“Mançester Siti”nin təhlükəsizlik üzrə mütəxəssisi klubun səhmdarları və “Vest Hem” rəsmiləri ilə məsləhətləşdikdən sonra bu qərarı verib. Qərarda azarkeşlərin və klub heyətinin təhlükəsizliyi nəzərə alınıb. Matçın hansı tarixdə keçiriləcəyinə yaxın vaxtda qərar veriləcək.

Qonaq London klubu isə Mançesterə səfər edən azarkeşlərinin səfər xərclərini öz üzərinə götürüb.  

Qeyd edək ki, Hollandiyada bu gün keçirilməli dörd oyun, həmçinin, Almaniyada “Borrusiya” (Mönxenqladbax) – “Köln” matçı da hava şəraitinə görə təxirə salınıb.

Səbuhi Musayev