Mikayıl Cabbarov: “Ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb”

17:40 11-02-2020 546

2019-cu il iqtisadi artım dinamikası 2,2%, qeyri-neft sektorunda artım dinamikası isə 3,5%-ə çatıb. 

HerGun.Az xəbər verir ki, bunu “Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. 

O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir. 

M.Cabbarov onu da qeyd edib ki, qeyri-neft ixracında da artım dinamikası müşahidə olunur:

“Qeyri neft sektoru 14% artaraq 2 mlrd. dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib”.

Könül Cəfərli