Mikayıl Cabbarova yeni müavin təyin edildi - FOTO

10:00 13-02-2020 37

İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

HerGun.Az xəbər verir ki, müvafiq sərəncama əsasən, Rövşən Nəcəf İqtisadiyyat nazirinin yeni müavini vəzifəsinə təyin edilib.

Yeni təyinata qədər isə R.Nəcəf Azərbaycan Vergilər Nazirliyi yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, R.Nəcəf Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət şöbəsinin rəhbəri, eləcə də dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru vəzifəsində işləyib.

Könül Cəfərli