ABŞ hərbçiləri İran raketləri daşıyan gəmi saxlayıblar

04:00 14-02-2020 360

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ərəbistan dənizində silah-sursat daşıyan kiçik gəmi saxlayıb.

“İzvestiya” xəbə verir ki, gəmidə 150 ədəd idarə olunan tankəleyhinə “Dəhlaviyə” raketləri aşkar edilib.

Bundan əlavə amerikalı hərbçilər gəmidə İran istehsalı olan silahların komponentlərini, o cümlədən “yer-hava” tipli raketlər, nişanalma cihazları, PUA və gəmi detalları tapıblar.

Məlumata əsasən, gəmidəki silah-sursat Yəməndəki husilərə çatmalı imiş.