“Mançester Siti” 300 milyon avro itirə bilər

04:00 15-02-2020 443

UEFA-nın İngiltərənin “Mançester Siti”nin Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoymağı nəticəsində klub 300 milyon avro itirə bilər.

Bu barədə maliyyə eksperti Kiran Maquayr “Sky Sports” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, maliyyə itkisi komandaya da mənfi təsir göstərə bilər.

Xatırladaq ki, fevralın 14-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərə klubunu maliyyə fırıldaqçılığında ittiham edərək, “Mançester Siti”nin  Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub və 30 milyon avro məbləğində cərimələyib.

Klub isə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətində olduğunu bildirib.