İlk görüş bank qarəti ilə bitdi - FOTO

11:40 15-02-2020 524

ABŞ-ın Massaçusets ştatından olan Şelbi Sampsonun internetdən tanış olduğu kişi ilə ilk görüşü bank qarəti ilə bitib.

Bu barədə “The Sun Chronicle” xəbər yayıb.

Bildirilir ki, Sampson Rod-Aylend ştatından olan Kastilio ilə sosial şəbəkədə tanış olub. Bir müddət söhbət etdikdən sonra onlar görüşməyə qərar veriblər. Sampson və o Massaçusetsə yollanıblar. 

Orada qızın yeni tanışı maşını bankın yanında saxlamasını istəyib və avtomobildən düşüb gedib. Bir müddət sonra isə tər içində qayıdıb. Həmin vaxt onun əlində silah və pul olub. O, maşına minərək, qıza maşını sürətlə sürməsini əmr edib.

Sampson onun dediyini edib, lakin tezliklə sayrışan işıqlı polis maşınını görərək, avtomobilini saxlayıb. Kastilyo dərhal həbs edilib.

Polisin məlumatına görə, cinayətkar tapança ilə banka girərək 1000 dollar (1700 AZN) tələb edib. Sonra isə Sampsonun maşınında cinayət yerindən qaçmağa çalışıb.

33 yaşlı amerikalı silahlı qarət və hüquq mühafizəçilərinə hücumda təqsirli bilinərək, beş il müddətinə azadlıqdan məhrum edilib. Sampsonun isə təqsirsizliyi sübut olunub.