Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi - VİDEO

13:20 15-02-2020 651

Məşhur axtarış şirkəti Rusiyada populyarlıq qazanan əslən azərbaycanlı müğənninin iştirakı ilə yeni reklam çarxını təqdim edib.

HerGun.Az xəbər verir ki, Jony ləqəbi ilə Rusiyada məşhurlaşan (Cahid Hüseynli) “Google Russia” reklam kampaniyasının siması olub.

Video şirkətin rəsmi “YouTube” səhifəsində yerləşdirilib.

Təqdimat videosu “Google”da məşhurlar haqqında məlumatı tapmağın asan olduğunu nümayiş etdirmək üçün çəkilib. Nümünə olaraq isə Jony göstərilib.

Jony dörd yaşında olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. O, uşaqlıqdan məşhur olmağı xəyal edib və nəhayət, arzusunu reallaşdırıb. Müğənninin sözlərinə görə, sənətə gəlməsində sosial şəbəkələr böyük rol oynayıb. Sənətçi ilk dəfə Bakıda “Jara-2019” beynəlxalq musiqi festivalında çıxış edib.

C.Hüseynli azərbaycanlı musiqiçi Elman Zeynalov tərəfindən qurulan “Raava Music” leybolu altında çalışır.

Rəşad Əliyev