Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

02:40 16-02-2020 737

Keçmiş dünya çempionu, ağır çəki üzrə boksçu Mayk Tayson Deontey Uaylder və Tayson Fyuri arasında revanş matçının promoçarxının çəkilişlərində iştirak edib.

Boks əfsanəsi hər bir idmançının özünəməxsus döyüş planının olduğunu xatırladır. 

“Hər kəs nə baş verəcəyini bilir, lakin heç kim bunun necə olacağını bilmir”, - deyə Tayson qeyd edir.

Xatırladaq ki, fevralın 23-də Las-Veqasda idmançılar arasında superağır çəki üzrə dünya çempionu adı uğrunda revanş keçiriləcək.