Qan təzyiqini dərmansız azaltmağın asan yolu açıqlandı

05:20 16-02-2020 1138

Almaniyalı kardioloq dərmandan istifadə etmədən yüksək qan təzyiqini azaltmağın asan  yolunu açıqlayıb.

Belə ki, Münhen Texniki Universitetinin Profilaktika və İdman Təbabəti Mərkəzinin rəhbəri Martin Halın sözlərinə görə, gündəlik 15 dəqiqəlik gəzinti təzyiqin beş-səkkiz millimetr civə sütununa qədər azalmasına gətirib çıxarır. O, həmçinin  qeyd edib ki, fin yerişi (iki çubuqla yerimə - red.), velosiped sürməyi və asta yerişi də gündəlik təlimlərə əlavə etmək olar, lakin  orqanizmi yükləməməyi də tövsiyə edib.

Ekspert yüngül pəhriz saxlamağı da məsləhət görüb. Məsələn, o, tərkibində çoxlu miqdarda duz olduğu üçün kolbasa, pendir və çörəyi rasiondan çıxararaq, onaları tərəvəzlə əvəz etməyi tövsiyə edib.