MSK-da 177 müraciətdən 139-na baxıldı
18:00 17-02-2020 533
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 177 müraciət daxil olub.
HerGun.Az-ın xəbərinə görə, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, həmin müraciətlərin 139-na baxılıb.
Baxılmamış 38 müraciət qalıb.
Aqşin Kərimov