Tripoli hava limanı növbəti dəfə atəşə tutuldu

06:00 18-02-2020 393

Liviyanın paytaxtı Tripolidə yerləşən “Mitiqa” hava limanı növbəti dəfə Xəlifə Həftərə bağlı silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.

“Anadolu Ajansı” xəbər verir ki, hava limanı “Libyan Airlines” şirkətinə məxsus olan təyyarə havaya qalxarkən atəşə tutulub.

Yaranmış vəziyyətdən dolayı təyyarə hava limanına qayıtmalı olub.

Hava limanı isə fəaliyyətini dayandırmalı olub.