Putin köməkçisini işdən azad etdi

21:20 18-02-2020 393

Rusiya Prezidenti Vladimir Putin Vladislav Surkovu köməkçisi vəzifəsindən azad edib.

Bu barədə fərman Kremlin saytında dərc olunub. Fərman imzalandığı gündən qüvvəyə minir.

Surkovun prezidentin köməkçisi vəzifəsini tərk etdiyi yanvarın sonunda məlum olmuşdu. Lakin onun istefası ilə bağlı rəsmi qərar yox idi.