Polşada məhkəmə televizora baxan toyuqları ev heyvanı saymaqdan imtina etdi

08:00 19-02-2020 464

Polşanın Tarnuv şəhərinin məhkəməsi dekorativ xoruz və toyuqların ev heyvanı olmaması barədə qərar qəbul edib.

“Unian” xəbər verir ki, məhkəmə evində iki xoruz və üç toyuq saxlayan şəxs barəsində qonşularının şikayətinə baxandan sonra bu qərara gəlib.

Toyuqların səs-küyü qonşuları narahat edirmiş, lakin onların sahibi quşların kənd təsərrüfatı yox, ev heyvanı olduğunu sübut etmək istəyirmiş.

Həmin şəxs bunun üçün əsas dəlil kimi quşların onunla birgə televizora baxmasını qeyd edib.

Lakin məhkəmə quşların sahibinin fikri ilə razılaşmayıb və onları ev heyvanı saymayıb.

Qeyd etmək lazımdır ki, cəza qismində həmin şəxsə töhmət verilib. Quşların aqibətindən isə xəbər yoxdur.