Avstraliyada iki təyyarə toqquşdu: Ölənlər var

09:40 19-02-2020 334

Avstraliyada iki təlim təyyarəsinin toqquşması nəticəsində dörd nəfər həlak olub.

“9News” agentliyi məlumat verir ki, yüngül mühərrikli təyyarələr təlim keçən zaman toqquşublar.

Qəza haqqında həyəcan siqnalı alandan sonra hadisə yerinə gələn xilasedicilər ekipaj üzvlərini xilas edə bilməyiblər. 

Qəzada həlak olanların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.