Bakıda “Birinci Xəzər Elmi Forumu” keçiriləcək

12:20 19-02-2020 333

Bu gün Həştərxan Dövlət Universitetində “Xəzər 21-ci əsrdə: davamlı inkişaf yolları" Beynəlxalq Elmi Forumu öz işinə başlayır.

“Həştərxan 24”ün verdiyi məlumata görə, tədbirdə Azərbaycan, İran, Qazaxıstan və Rusiyadan 100-ə yaxın nümayəndə - konsullar, Xəzəryanı ölkələrin elm, ictimaiyyət nümayəndələri, nazirlik və idarələr, hakimiyyət orqanları, eləcə də YUNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyası (IOC) iştirak edəcək.

İki gün iştirakçılar elmi-tədqiqat layihələrində elmi əlaqələrin və dövlət fondu əməkdaşlığının genişləndirilməsi, Xəzər bölgəsinə elmi sərmayələrin axınının artırılması, elmi ictimaiyyətin, cəmiyyətin və hakimiyyətin diqqətini Xəzər bölgəsinin problemlərinə cəlb etmək məsələlərini müzakirə edəcəklər.

“Forumun və komissiyanın nəticələri 2020-ci ilin payızında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Birinci Xəzər Elmi Forumu”nun proqramının formalaşması üçün əsas olacaq.

Bundan əlavə, Həştərxanda keçirilən “Xəzər İqtisadi Forumu” çərçivəsində belə əməkdaşlıq 2021-ci il üçün planlaşdırılan “İkinci Xəzər Elmi Forumu” və “Elm, Tədqiqat və Texnologiya Komissiyası” üçün də əsas olacaq” - deyə, məlumatda qeyd edilir.