Terrorçuların yeraltı şəhəri: Hərbi qərargah, silah-sursat anbarları, istirahət otaqları... - VİDEO

11:00 20-02-2020 522

Hələb şəhərinin şimalında yerləşən Əncar yaşayış məntəqəsini terrorçulardan azad edən hökumət qüvvələri bütün infrastrukturla təmin edilmiş yeraltı bunker aşkar ediblər.

REN TV məlumat verir ki, yeraltı sığınacaq bir neçə hektar ərazini əhatə edən böyük şəhəri xatırladır.

Bunkerdə hərbi qərargah, silah-sursat anbarları, istirahət otaqları, mətbəx, sanitar qovşaq, bir sözlə, yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur. 

Burada minlərlə terrorçunun məskunlaşdığı qeyd olunur.