Azərbaycanda keçmiş nazirin yaxın qohumu həbs edildi

13:00 20-02-2020 340

Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə daxil olan daha bir şəxs “neytrallaşdırılıb”.

Yenicag.az xəbər verir ki, sabiq Vergilər naziri Fazil Məmmədovun bacısının Vüsal adlı kürəkəni “AtaBank” işi”nə görə həbs edilib.

Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, “AtaBank” işi” adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların Fazil Məmmədova ciddi başağrısı yaradacağı bildirilirdi.

Məmmədovla əlaqədar medianın əldə etdiyi məlumatlarda onun yaxın adamlarına yönəlmiş həbslərin davam edəcəyi, hətta keçmiş nazirin özünün də eyni aqibətə məruz qalacağı iddia olunmaqdadır.