Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib? - RƏSMİ

14:40 20-02-2020 392

Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.

Bu barədə HerGun.Az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.

Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.

Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.

Qeyd edək ki, 61 saylı Neftaçala Seçki Dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlıdır. 

Aqşin Kərimov