Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım - FOTO

09:00 21-02-2020 539

Birinci vitse-prezident Mehriban Əliyevanın “Instagram” hesabında Romaya dövlət səfəri barədə paylaşım edilib.

Paylaşımda Romada Azərbaycan Prezidentinin şərəfinə verilən dövlət ziyafətinə yer ayrılıb.

Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.