Türkiyəni dəhşətə gətirən hadisənin görüntüləri yayıldı - VİDEO

16:20 21-02-2020 555

Türkiyədə körpənin zibil qutusuna atıldığı anla bağlı kadrlar paylaşılıb.

“Haber Global”ın məlumatına görə, qorxunc hadisə İstanbul şəhərində qeydə alınıb.

Məlumata görə, uşağı bələdiyyə işçiləri tapıblar. Zibildaşıyan maşının sürücüləri küçədə qutuları boşaltdıqdan sonra yolda ağlamaq səsi eşidiblər. Maşını saxladıqda isə zibillərin arasında neylon torbaya qoyulmuş qız uşağı tapıblar.

Körpə dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Küçədə quraşdırılan müşahidə kamerasının köməyi ilə uşağın zibil qutusuna gecə atıldığını müəyyənləşdirmək mümkün olub.