Messidən qol şousu - VİDEO

21:40 22-02-2020 450

Futbol üzrə İspaniya çempionatında bu gün “Barselona” öz meydanında “Eybar”ı qəbul edib.

Görüş Kataloniya klubunun böyük hesablı qələbəsi ilə başa çatıb. “Barselona” rəqibinə beş cavabsız qol vurub. Qolların dördünü komandanın kapitanı Lionel Messi vurub. 

“Barselona” - “Eybar” – 5:0
Qollar
: Messi, 14, 37, 40, 87, Artur, 89

Qeyd edək ki, çempionatda xalını 55-ə yüksəldən “Barselona” liderliyi ələ keçirib. “Real” 53 xalla 2-ci, “Xetafe” 42 xalla 3-cüdür.