Əməliyyatdan çıxan aktyor danışdı: “Özümü yaxşı hiss edirəm”

15:40 23-02-2020 507

“Öd kisəmi əməliyyat etdilər. Palataya köçürüblər məni. Özümü yaxşı hiss edirəm”. 

Bu sözləri Kulis.az-a gecə saatlarında Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunan Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov söyləyib.  

Onun sözlərinə görə, daha bir əməliyyatın da keçiriləcəyi gözlənilir. 

Xatırladaq ki, dünən aktyorun vəziyyətinin pisləşməsi və əməliyyat üçün pulun olmaması haqqında məlumat yayılmışdı. Kukla Teatrının mətbuat xidməti isə məlumatı təkzib etmiş, əməliyyat üçün lazım olan tədbirlərin görüldüyünü söyləmişdi.