Məşqçi şalvarını çıxardaraq keçmiş komandasının azarkeşlərini təhqir etdi – VİDEO

06:40 25-02-2020 528

Tanzaniyada futbol ilə bağlı qeyri-adi hadisə baş verib.

“Sport.ua” xəbər verir ki, yerli komandalardan birinin məşqçisinin qələbəni aşırı çılğınlıqla bayram etməsi rəqib komandanın azarkeşlərini özündən çıxarıb.

Məlumata əsasən, məşqçi Mani Qamera şalvarını çıxardaraq rəqib komandanın azarkeşlərinə təhqiramiz hərəkətlər edib.

Məlum olub ki, əvvələr M.Qamera bu komandanın məşqçisi olub.

Qeyd etmək lazımdır ki, ədəbsiz hərəktlərinə görə məşqçi altı ay müddətinə işindən uzaqlaşdırılıb.