Çılpaq şəkillərini sosial şəbəkələrdə paylaşan tələbə qısa zamanda varlandı - FOTO

09:00 25-02-2020 490

2017-ci ildə 23 yaşlı Britaniya sakini Kaya Korbridc universiteti buraxaraq sosial şəbəkələrdə çılpaq şəkillərini paylaşmağa qərara gəlib.

“The Sun” xəbər verir ki, Kaya həmçinin “Makdonalds” fastfud şəbəkəsində kassir vəzifəsindən istefa verərək bütün diqqətini “OnlyFans” platformasındakı akkauntuna yönəldib.

Qeyd etmək lazımdır ki, bu servisin istifadəçiləri müəyyən ödəniş müqabilində izləyicilərinə eksklüziv kontent təqdim edir.

Kaya etiraf edir ki, burada o, əsasən çılpaq şəkillərini və arada-sırada dabanlarının şəklini paylaşır.

“Birinci il 250 min funt sterlinq qazana bildim. İndi isə hesabıma hər ay 30 min funt sterlinq oturur”, -deyə keçmiş tələbə qeyd edib.