Füzuli Musayev Xocalı soyqırımına mahnı həsr etdi - VİDEO

16:00 26-02-2020 512

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Xocalı soyqırımına aid mahnı bəstələyib.

HerGun.Az-ın xəbərinə görə, Taekvondo Federasiyasının I vitse-prezidenti, Milli Karate Federasiyasının İdarə Heyətinin üzvü də olan F.Musayevin bəstələdiyi mahnı “Ana Vətən” adlanır.

Mahnının sözləri ona məxsusdur.

Qeyd edək ki, bu mahnını Füzuli Musayev özü ifa edib.

Səbuhi Musayev