Məşhur idmançı karyerasını başa vurdu

19:00 26-02-2020 443

Məşhur rusiyalı tennisçi Mariya Şarapova idmançı karyerasını başa vurub.

Bu barədə “The New York Times” nəşrində çalışan jurnalist Kristofer Klari özünün “Twitter” hesabında məlumat verib.

“Mariya Şarapova 32 yaşında professional tennisdən gedir. O, oynamaqdan yorulmasa da, bədəni ilə mübarizə aparmaqdan yorulub”, - deyə jurnalist sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Mariya Şarapova “Böyük dəbilqə” turnirinin beşqat çempionudur.