Azərbaycandan Gürcüstana keçən daha iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

01:00 27-02-2020 345

Azərbaycandan keçərək Gürcüstana gedən daha iki şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Sputnik Gürcüstan” xəbər verir ki, hər iki şəxsdə yüksək temperature aşkarlanıb. Onların Gürcüstan vətəndaşı olduğu da qeyd edilir.

Hazırda Tbilisidə xəstəxanaya yerləşdirilən şəxslərdən analizlər götürülüb.

Xatırladaq ki, fevralın 25-də İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı bir kişidə koronavirus aşkar edilib. Bu, Gürcüstanda koronavirusa ilk yoluxma halı sayılır.