ABŞ-da zavodda atışma baş verib: ölənlər var

02:20 27-02-2020 380

ABŞ-ın Miluoki şəhərində (Viskonsin ştatı) yerləşən zavodlardan birində atışma baş verib.

“Milwaukee Journal Sentinel” xəbər verir ki, nəticədə yeddi nəfər, o cümlədən atəş açan şəxs həlak olub.

Hadisə pivə istehsalı ilə məşğul olan “Molson Coors” zavodunda baş verib.

Hal-hazırda polis hadisənin təfərrüatlarını araşdırır.