İranda koronavirusdan üzərliklə qorunurlar - VİDEO

17:00 27-02-2020 402

İran xəstəxanalarında koronavirusdan qorunmaq üçün qəribə üsuldan istifadə edirlər.

Haberler.com-un məlumatına görə, tibb işçiləri xəstəxanalarda üzərlik yandırıb tüstüsünü ətrafa yayırlar.

Onlar bu üsulla virusdan qoruna biləcəklərinə inanırlar.

Sosial şəbəkələrdə bunla bağlı yayılan video müzakirələrə səbəb olub.

Görüntülərdə tibb bacısı olduğu deyilən bir qadın bu üsulun “ən yaxşı çarə” olduğunu deyir.