Rusiya İrana uçuşları məhdudlaşdırdı

21:20 27-02-2020 342

Fevralın 28-dən etibarən Rusiya hökuməti “Aeroflot” və “Mahan AİR” aviaşirkətinin reysləri istisna olmaqla, İrana müntəzəm və çarter reyslərinə müvəqqəti qadağa tətbiq edib.

RF Nəqliyyat Nazirliyinin nümayəndələrinin bildirdiyinə görə, Rusiyadan İrana və geri uçuşlar paytaxtın Şeremetyevo hava limanının “F” terminalı vasitəsilə həyata keçiriləcək.