Sükana nəzarəti itirən sürücü avtomobili aşırdı - VİDEO

07:20 29-02-2020 407

“Hundai” markalı avtomobilin sürücüsü idaraetməni itirərək maşını yol kənarındakı təmir işləri aparılan quyuya aşırıb.

HerGun.Az-ın məlumatına əsasən, hadisə şər vaxtı Bakı-Sumqayıt yolunda, Ekoloji Nəzarət Postu yaxınlığında baş verib.

Belə ki, sözügedən ərazidə təmir tikinti işlərinin getməsi ilə əlaqədar yanacaq doldurma məntəqəsinin qarşısında dərin quyu qazılıb. “Hundai” markalı avtomobilin sürücüsü maneəni vaxtında görmədiyindən sükana nəzarəti itirərək minik maşınını həmin quyuya aşırıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.