Türkiyə ordusu İdlibdə şəhid verdi

08:20 29-02-2020 340

Suriyanın İdlib ərazisində Türkiyə ordusunun əsgəri şəhid olub, iki hərbçi isə yaralanıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, cavab atəşi ilə Suriya ordusunun səkkiz tankı, dörd zirehli texnikası, iki çoxlüləli raket buraxılış qurğusu, beş qaubitsası məhv edilib, eləcə də 56 Suriya hərbçisi zərərsizləşdirilib.