Natavan Dado ilə soyuq münasibətlərindən danışdı - VİDEO

16:00 01-03-2020 575

Müğənni Natavan Həbibi və reper əri Səid Əliyev (Dado) küsülüdür.

Axşam.az xəbər verir ki, bu barədə Natavan “Zaurla Günaydın” verilişində deyib. O bildirib ki, artıq 3 həftədir əri ilə danışmırlar:

“İndi onunla danışmırıq. Evdə olanda Zeydə o da baxır”.

Ekranda Dadonun görüntüləri göstəriləndə isə Həbibi “Kimdir o? Tanımıram” deyərək, gülməyə başlayıb.

Aparıcı Günay Baxşəliyeva “Çox mədəni oğlandır. Küsülü olduğunuzu bilirdim. Bu gün onunla barış. Səninlə barışmaq istəyir” sözlərini söyləyib.

“Üç həftədir danışmırıq. Üç il keçib ailə həyatımızdan. Hələ də bizim evlənməyimizə inanmayanlar var. Niyə barışım onla? Səid, necəsən?” deyə, Natavan cavab verib.