Gəncədə kişi itkin düşən arvadını axtarır

09:40 03-03-2020 512

Gəncədə 34 yaşlı qadın itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, Rövşən Novruzov polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan 1986-cı il təvəllüdlü arvadı Novruzova Günay Füzuli qızı fevralın 29-da günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhəri, Kəpəz RPİ-də araşdırma aparılır.

Dursun Tağıyeva