Hamilə qadını dörd metrlik kobradan belə xilas etdilər – VİDEO

14:20 03-03-2020 571

Tailandda hamilə qadın qonşusunun çevikliyi sayəsində dörd metrlik kral kobrasıdan xilas olub.

Bu barədə “Newsflare” xəbər yayıb.

24 yaşlı Nonq Tanvapaniç evinin həyətində nəhəng ilanı görərək bərk qorxub. Onun qışqırığını qonşusu eşidib və köməyə gəlib. Kişi xilasedicilərə zəng eləsə də, onların gəlişini gözləməmək qərarına gəlib.

“İlan məni qorxudurdu. O, böyük  və təhlükəli idi, ona görə ilanı özüm zərərsizləşdirmək qərarına gəldim”, - deyə kişi bildirib.

Xilasedicilər gələnə qədər ilan artıq tutulub.

Qeyd edək ki, kral kobrası planetin ən zəhərli ilanı sayılır.