Elxan Məmmədov püşkü dəyərləndirdi: Yaxşı nəticə qazanmaq mümkündür

23:40 03-03-2020 409

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir”. 

HerGun.Az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirərkən deyib. 

O, AFFA-nın saytına açıqlamasında yığmamızın normal qrupa düşdüyünü və bu rəqiblərlə mübarizə aparmaq gücündə olduğunu bildirib:  

“Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.