“Toyota” 3,2 milyon avtomobilini geri qaytarır

12:00 05-03-2020 465

Avtomobil şirkəti “Toyota Motor” ixrac olunan 3,2 milyon avtomobilini təmir olunmaq üçün geri çağırır.

Sondakika.com-un xəbərinə görə, 2013-cü il və ondan əvvəlki modellər təmir üçün geri qaytarılır.

Səbəb həmin modellərdə benzin nasosunda olan texniki problemdir.

Geri qaytarılacaq avtomobillərin 1,8 milyonu ABŞ-a ixrac olunan modellərdir.

Qeyd edək ki, “Toyota” şirkəti bu texniki problemlə bağlı şikayətləri iyun ayından araşdırmağa başlayıb.