İlham Əliyev Neftçalaya yeni icra başçısı təyin etdi

14:20 05-03-2020 498

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Qeyd edək ki, dövlət başçısının bu gün imzaladığı sərəncama əsasən, M.Seyidov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.