Koronavirus təhlükəsinə görə DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

21:40 09-03-2020 442

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyun aylarında oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.

FİFA-nın rəsmi saytı bu barədə məlumat yayıb.

COVID-19 təhlükəsi səbəbiylə 23-31 mart və 1-9 iyun tarixlərində keçirilməli olan matçlar təxirə salınıb.

Qərarın Asiya Futbol Konfederasiyası və FİFA-nın qarşılıqlı razılaşması ilə qəbul edildiyi bildirilir. Hələlik təxirə düşmüş oyunların nə zaman keçiriləcəyi haqqında məlumat yoxdur.