Parlamentin növbəti iclasının vaxtı açıqlandı

17:40 10-03-2020 411

Yeni çağırış Milli Məclisin ikinci iclasının vaxtı açıqlanıb.

HerGun.Az-ın məlumatına görə, bu barədə AzTV-yə müsahibəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, yeni çağırış parlamentin ikinci iclasının bu cümə günü, martın 13-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün altıncı çağırış parlamentin ilk iclası keçirilib. İclasda Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Əli Hüseynli parlament sədrinin birinci müavini, Fəzail İbrahimli və Adil Əliyev isə vitse-spiker seçiliblər.

Aqşin Kərimov