İki futbol klubunun sahibi olan şəxs koronavirusa yoluxduğunu açıqladı

00:00 11-03-2020 387

Yunanıstanın “Olimpiakos” və İngiltərənin “Nottingem Forest” futbol komandalarının sahibi Evangelos Marinakis koronavirusa yoluxub.

HerGun.Az-ın məlumatına görə, bu barədə o, “İnstagram” hesabında paylaşım edib.

52 yaşlı Marinakis koronavirusa analizinin müsbət nəticə verdiyini deyib:

“Koronavirus məni də ziyarət etdi. Özümü ictimaiyyəti məlumatlandırmağa borclu bildim. Bütün zəruri tədbirləri görürəm və həkimlərin məsləhətlərinə əməl edirəm. Buna görə də özümü yaxşı hiss edirəm. Bütün dostlarıma və vətəndaşlara bunu tövsiyə edirəm”.