Amerikalı porno-ulduz siyasətə qatılmağa qərar verib – FOTO

08:20 12-03-2020 607

Amerikalı porno-ulduz Çeyz Tkaç (Molli Smeş) Nyu-Yorkda Libertarian partiyasının sədri vəzifəsinə gəlir.

“Daily Star” xəbər verir ki, Ç.Tkaç cəmiyyət içində böyük dəstək qazanıb.

Qeyd etmək lazımdır ki, Ç.Tkaç 18 yaşı olarkən porno filmlərə çəkilməyə başlayıb. Hal-hazırda onun 24 yaşı var.

“Orlean dairəsinin əsasən respublikaçılardan ibarət olduğunu nəzər alsaq, tərəfdarlarım mənə inanılmaz dəstək göstərdi”, - deyə gələcəyin siyasətçisi etiraf edib.

Ç.Tkaç üç il öncə siyasətlə məşğul olmağa başlayıb. Hal-hazırda o, Brokport şəhər kollecində politologiya öyrənir.