“Apple” koronavirusa görə bu ölkədən başqa hər yerdə mağazalarını bağlayır
00:20 15-03-2020 475
“Apple” şirkəti koronavirusa görə Çindən başqa bütün dövlətlərin ərazisində yerləşən pərakəndə satış mağazalarını bağlayıb.
Sondakika.com-un məlumatına görə, bu barədə şirkətdən rəsmi açıqlama verilib.
Mağazaların iki həftəlik bağlanmasına qərar verilib.
“Apple”ın Çindən kənarda 460 mağazası var və onlardan ən çoxu - 270 ədədi ABŞ-dadır.
Açıqlamada bildirilir ki, şirkətin işçiləri evdən işləyəcək və hamısı maaşlarını alacaq.
“Apple”ın koronavirusdan ən çox zərər çəkən şirkətlərdən biri olduğu bildirilir.