Alimlər qalaktikamızın xaricində qeyri-adi planet aşkar etdilər

05:00 17-03-2020 559

Beynəlxalq astronomlar qrupu Samanyolu qalaktikasından aralı yerləşən fövqəltəbii planet aşkar ediblər.

“Science Alert” xəbər verir ki, planet qalaktikamızdan beş min işıq ili uzaqlığındadır.

“LHS 1815b” planeti “LHS 1815” adlı ulduzun ətrafında fırlanır. “TESS” teleskopu ilə aşkar edilən planet Yerdən 1088 dəfə böyükdür.

Həmçinin “LHS 1815b”nin çəkisi planetimizdən doqquz dəfə çoxdur.

İndiyidək alimlər qalaktika xaricində planetlərin formalaşmasının mümkün olmadığını hesab edirdilər.

Ehtimala əsasən, planetdə həyat mövcud deyil, çünki ətrafında fırlandığı qırmızı cırtdan ulduzun saçdığı radiasiya planetin səthində bütün canlıları məhv etmək qabiliyyətindədir.