“SOCAR Marine” bu sektorda lider oldu

15:00 17-03-2020 465

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2013-cü ildən etibarən fəaliyyət göstərən törəməsi “SOCAR Marine” 2019-cu il ərzində 600 min dəniz yanacağının satışını reallaşdırıb.

Bu barədə “Timetürk” nəşri yazıb.

“SOCAR Marine” bu göstərici ilə beynəlxalq dənizçilik yanacaqları sektorunun liderinə çevrilib.

Türkiyə boğazlarından tranzit kimi istifadə edən və Türkiyə limanlarında yük əməliyyatları icra edib xaricə çıxış və ya giriş edən gəmilərə satışı özündə əks etdirən bu göstərici ilə şirkətin bazardakı payı 25 faizi keçib.

“Sektorda yeni iştirakçı olmağımıza baxmayaraq, məhsul və xidmət keyfiyyəti anlayışımız, müştərilərimizi və onların ehtiyaclarını diqqətdə saxlamaqla bağlı yanaşmamızla qısa müddətdə beynəlxalq dənizçilik yanacaqları sahəsində liderliyə nail olduq”, - “SOCAR Marine”nin Dəniz Satışları üzrə direktoru Zeki Tarakçı bildirib.