Gürcüstan bütün istiqamətlərə uçuşları dayandırır

14:00 20-03-2020 319

Gürcüstan sabahdan bütün ölkələrə uçuşları dayandırır.

“Sputnik Gürcüstan” bu barədə Gürcüstan hökumətinin sözçüsü İrakli Çikovaninin açıqlamasına əsasən xəbər yayır.

O, bu tədbirin koronavirus panemiyasının yayılması təhlükəsinə görə görüldüyünü qeyd edib:

“Gürcüstan aviaşirkətləri vasitəsilə təşkil olunan uçuşların sabahdan tamamilə dayandırılması barədə qərar qəbul edilib”.