Türkiyəli hərbçilərdən koronavirusla mübarizə aparan həkimlərə dəstək – VİDEO

13:40 21-03-2020 456

Türkiyə Milli Müdafiə Nazirliyi koronavirusla mübarizə aparan tibbi işçilərinə dəstək olub.

“HaberGlobal” məlumat verir ki, Türkiyə ordusunun müxtəlif qoşun növlərində xidmət aparan hərbçilər koronavirusla mübarizə aparan tibb işçilərinə dəstəklərini və xoş arzularını videoçarx vasitəsilə çatdırıblar.

Qeyd edək ki, son məlumata görə, Türkiyədə koronavirus qurbanlarının sayı doqquz nəfərə çatıb.